Hüsnün, təbarəkallah, ənvari-ləmyəzəldir,Üzün cahan içində bimislü bibədəldir.

Eşqin əsası, ey can, qabil degil zavala,Neçin ki, mülki-hüsnün mülki-bilaxələldir.

Ey hikmətin rəisi, mə’lulü illəti qoy,Əvvəl bu cövhəri bil kim, məbdəi-iləldir.

Cənnətdə gərçi həqdən balü mey oldu və’də,Lə’lin gərək mana kim, həm meyü həm əsəldir.

Ey badeyi-səqahüm lə’li-ləbin şərabı,Ikrah edən bu meydən içdigi əkşi xəldir.

Mehrin odunda şol kim, pak olmadıvü xalis,Qəlbi qəşidir anın, üzü qara zəğəldir.

Ey səndən ayrı könlüm, vəhşi iki cahanda,Eynin əcəb qəzalə, hüsnün əcəb qəzəldir.

Can ilə həm cahanı tərh etməyən bu yolda,Dünyavü axirətdə bielmü biəməldir.

Sən canü cümlə aləm işbah imiş məsəldə:Cansız bədən dirilməz, gör kim, bu nə məsəldir.

Ənbərfəşan saçınla şol günü bulmuşam ki,Aləmdə adı anın la-ibtida əzəldir.

Məqtə — şairin təxəllüsü olan son beyt. Çün aləmin Nəsimi qurtuldu kəsrətindən,Vəhdət kimi bəqası bimüddəti-əcəldir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Mey və meyxana