Hüsnün təalə şanəhü sünində heyran olmuşam
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hüsnün təala şanəhü sünində heyran olmuşam,Şirin ləbini yad edib, sər ta qədəm can olmuşam.
Badi-səbadan sünbülün kim, ayə düşmüş sayəsi,Aşüftə gördüm, ey sənəm, andan pərişan olmuşam.
Abi-həyatın zövqünü mən ta ki, sordum ləblərin,Içirmiş ol meydən mana, mən abi-heyvan olmuşam.
Simin əlin dəstan ilə ta könlümü seyd eylədi,Hər dilə düşmüşdür adım, aləmdə dəstan olmuşam.
Çün əhsəni-təqvim idi, əqlim mana insan dedi,Ol canların məhbubu gör, bil kim, nə insan olmuşam.
Kə’bə üzündür canıma, eşq ilə məscudam ana,Ey zülfü kafir, gör necə gerçək müsəlman olmuşam.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bəndə Nəsimi görəli nuri-xuda üzündə mənIndi şəhadət əhliyəm, çün əhli-iman olmuşam.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-husnun-teala-sanehu-suninde-heyran-olmusam
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bağrımnı dəlür navəki-hicrani-filani,Qanımnı tökər sehr ilə çeşmani-filani.
Başını top eyləgil, gir vəhdətin meydanınaBaşını top eyləgil, gir vəhdətin meydanına,Ey könül, müştaq isən gər zülfünün çövkanına.
Bir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəmBir cəfakeş aşiqəm, ey yar, səndən dönməzəm,Xəncər ilə yürəgimi yar, səndən dönməzəm.
Bir dəxi görmək camalın könlüm, ey can, arzularBir dəxi görmək camalın könlüm, ey can, arzular,Xəsteyi-dərdi-fəraqın dərdə dərman arzular.
Başqa şairlərin şeirləri · Eşq
— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm
Bu sevdaya düşən günü ölmüşəmSevib sevdasına yandığım gözəl,Bu sevdaya düşən günü ölmüşəm.
DüşmüşəmMəcnunsuz çöllərin Leylisiyəm mən,İtkin yarm sorağına düşmüşəm.
Bu dönüklər, vəfasızlar dünyası...Kimi kim bivəfa dünyada gördüm,*bivəfa gördüm.*