Hüsnünə heyran durur hurü mələk
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Hüsnünə heyran durur hurü mələk,Eşqinə sərgəştədir daim fələk.
Vüslətin mana müyəssər olmadı,Netəkim yolunda çəkdim çox əmək.
Mən qula rəhm et, şəha, çox gəz dedim,Keçmədi tapın qatında bir dilək.
Həsrətindən qəm yerisəm mən nola,Aşiqin daim işidir qəm yemək.
Şol şəkərdildən rəvamıdır, şəha,Mən mühübbə sən acı söz söyləmək.
Gözlərimin bəhrinə qərq olmuşam,Netəkim seyr edərəm misli-səmək.
Məqtə — şairin təxəllüsü olan son beyt. Ey Nəsimi, aqibət varır yelə,Bivəfa ilə yeyən nanü nəmək.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-husnune-heyran-durur-huru-melek
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Durma, gözəl sevgilim, oxşa məni, sev məni,Çoxdan bəridir ki, mən bir gülüşə möhtacım…
GəzirBilirsənmi, könlüm, yar səndən ayrı,Necə miskin-miskin, natəvan gəzir.
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
گر دستها چو زلف در آرم به گردنشکس را بدین قدر نتوان کرد سرزنش