Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Saqi, ayağa dur, gətir badə ki, yaz vaxtıdır,Mürği-könül, nəvayə gəl, suzü güdaz vaxtıdır.
Gülşəni-ol nigara get, ləlü ləbü üzarə bax,Nərgisi-çeşminin, könül, gör necə saz vaxtıdır.
Zülfi-xəmində əyləşib şərh elə hali-zarimi,Rəhm edə bəlkə dilbərim bəndənəvaz vaxtıdır.
Ağla, könül, fəraqidə, fürsəti fövtə vermə sən,Çünki bu gənc ömrümün durü diraz vaxtıdır.
Məndə bu əşki-zari gör, yardə əbri-rəhməti,Cuşü xüruşə gəl, könül, razü niyaz vaxtıdır.
Qaşına qiblədir deyə, səf çəkib ol müjən yenə,Söylə o qanlı gözlərə bu nə namaz vaxtıdır.
Nitqü bəyan açıb yenə tutiyi-təbi ənvərim,Ərseyi-şeridə çapır atını az vaxtıdır.
Məqtə — şairin təxəllüsü olan son beyt. Hicri-qəmilə, ey gözəl, Şaiqi xəstə qılmısan,Gəl, o gözün fədası mən, indi nə naz vaxtıdır.
Kitabxana.az · https://kitabxana.az/works/saiq-saqi-ayaga-dur-getir-bade-ki-yaz-vaxtidir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Üçüncü şəkilSəhnə meşəni təsvir edir. Bir-birindən aralı ağaclar, kol-kos. Yaxında bir kiçik*
Üçüncü pərdəDördüncü şəkilSəhnə bəyin malikanəsini təsvir edir.*
Dördüncü pərdəAltıncı şəkilMeymun paltar yuyur. İt də iki ayağı üstə durub onun paltar yumağına tamaşa edir.*
Beşinci pərdəYeddinci şəkilPiri babanın eyvanı. Püstə ilə Saymaz gəlirlər. Püstə ona*
Başqa şairlərin şeirləri · Eşq
Yenə bağlar o bağlardır, fəqət bağda gülüm yoxdur,Gülüm yoxdur, bu dünyada ayım yoxdur, ilim yoxdur.
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
Deyişmə— Xurşid:Aman Çoban, mən yarımı ararəm,
AğlaramÇərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram