Key çərx, nədür bu rəsmi-bidad,Fəryad işinə həzar fəryad.Netdim məni dilfikar qıldun,Səddi-rəhi-vəsli-yar qıldun.Çəkdün rüxi-vəsli-yarə pərdə,Saldun məni səd həzar dərdə.Qəsdində çu bu idi xəyalın,Hicran verə aşiqə məalın.Əvvəl nə idi şərabi-ülfət,Ol saqiyi-eyş ilə məhəbbət.Bir-birə bu iki narəvadür,Bu aşiqə qayəti-cəfadür.Vardur çü cibillətində nöqsan,İşin qəmudur cəfayi-mehman.Yol vardır əgər nə rahbərsən,Dağın var əgərçi bixəbərsən.Bin didə ilə olubsan ə’ma,Gərdişdə rəhai bisərü pa.Yoxdur sana çün həyavü azərm,Tiksən nola yerə dideyi-şəpm.

Qıldı qocalıq qədin xəmidə,Sən var həman o təngü didə.Nə tərzi-xəlildür təriqin,Şahid muna şəkli-məncəniqin.Əldən gələni sən etdün izhar,Məndən dəxi olgilən xəbərdar.Hər yan qıluban təcəssüs ol yar,Ta zahir ola rümuzi-əsrar.Gördü kimə açdı rahi-mənzər,Nisbət özünə anı giran sər.Rəf’ olmuş o şiveyi-səvabiq,Yox söz əgər olsa namüvafiq.Bildi əsəri-həsudi-bədbin,Ol məzmə verüpdür özgə ayin.Ta olmuya gövhəri səbükqədr,Döndü səbük evə ol məhi-bədr.Nə kimsiyə dərd qıldı izhar,Nə kimsə o dərdidin xəbərdar.Görməzdi münasib ol nikuray,Öznü əbəs edə xəlqə rüsvay.İş əql ilə dursa gər nizamə,Axır yetəcəkdür intizamə.Pünhan edüb atəşi-dərunin,Əfsanəyə düzməyüb cünunin.Gəh dərdi-dil eyləyüb bəhanə,Durar o vəsilədin fəğanə.Bəs içməginə şərabi-həsrət,Qılmazdı dəva qəbuli-şərbət.Nəql eylədi əxtəri vəbalə,Qəmdin qəməri dönüb hilalə.Gahi ki, qılardı zur sövda,Bin şikvə ilə düzərdi inşa.Gizlü durar idi ruz əgər şəb,Eylərdi fələkni ol müxatəb.Eşq atəşi ilə gər olam sağ,Uram yürəginə yengidin dağ.Səkkiz sipərin dəlüb bilaşək,Ahim oxu eyləsin müşəbbək.

Gər istər isən rüxi-səlamət,Məndin sana yetməsin məlamət,Döndər dövrün əvvəlki halə,Çək nəqsini zirveyi-kəmalə.Cananı ənisi-canım eylə,Ol ruhi mənim rəvanım eylə.Bu rəsmilə ol fəraqi-mərdiÇərxilə dutub rəhi-nəbərdi.Gördü baxuban o rəzmə kamil.Səyyarəni nüqteyi-müqabil,Bir-bir olara yetürdi mizrab,Hər birini eylədi cigər tab.Əvvəl qəmərə olub müqabil,Ol dairəyə düzüb cəlacil.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq