Nəqqadi-nüqudi-gənci-əxbar,Vəzzani-künuzi-rənci-asar.Ustadi-müvərrixi-zəmanə,Me’mari-müəssisi-fəsanə,Gülzari-rəvayət abyari,Əsrari-hekayət ixtiyari,Açmış ruxi-bəzmə babi-işrət,Vermiş güllü noqlə rəngü şöhrət.Bin sə’y ilə zahir eyləyüb gənc,Olmuş bu əda ilə göhərsənc.Kim həyyi-ərəbdə bir cavanbəxt,İqbal ani qıldı sahibi-təxt.Ol sərvərin adı idi Haris,Mülkə vali, sərirə varis.Otuz min ev ol ilin səvadi,Mə’ruf Büneyni Şeybə adi.Tikdükdə o cəm’ içində rayət,Qıldı qəmusi ona itaət.

Ol bərrnəvərdü dəştpeyma,Bir növ’ ilə qıldı zəbti-əhya.Asudəlik oldu xəlqə baci,Nəqdi-də’vat alan xəraci.Dadından alub səbailər pənd,Miş eylədi kürgə mu dəhənbənd.Bəzlində yaşurdi hasilin kan,Ədlində güm oldu zülmü ədvan.Əndişeyi-xəsmə rə’yi dafe’Tədbiri-ümurə fikri nafe’.Cahi ona verməyüb təğəyyür,Abasi təriqidən tənəffür.Ol cümləyə gərçi oldu faiq,Tərk eyləmədi təriqi-sabiq.Əhşam ilə qət’ edərdi səhra,Əksər ona bərri-Məkkə mə’va,Gəh Tayifü gah sahili-Yəm,Gahi hərəmi-hərimə məhrəm.Salü məh ol aftabi-kamilYerdən-yerə dəgşirirdi mənzil.Hər büq’ədə kim qılurdu təmkin,Ol yerə düzərdi nafeyi-çin.Afaqə nümuneyi-xəyami,Vermiş şəbi-qədrdin pəyami.Çadırləri yerdə aləti-zin,Ağ üstə qəra çü qürrətül-eynYurdunda xəyami-ənbərin fal,Məhbub yüzündə xal timsal.Simabi-sərab əksi-abi,Qıldı ona çadırı hübabi.Çadırlar içində aşkarə,Şəh mahü həşəm ona sitarə.Nəqqa’ çü şahidi-nəhari,Fəyyaz çü əbri-novbəhari.Həm qüvvəti-taleinə xürsənd,Həm varisi-mülkdin bərumənd.Ol taleyi yarü bəxti yavər,Bulmuş sədəfindən iki gövhər.

İlki xələfə hümam olub ad,Ad qoydu hilal o birə ustad.Çün anları bəslədi zəmanə,Hər birisin eylədi yeganə.Daim olar ilə bəzmi-işrət,Qaim olar ilə püşti-dövlət.Gördü çü şəhi-xücəstə iqbal,Təğyir ona oldu zə’fdin hal.Tərkibdə nəş’eyi-qüsuri,Gün-gün ona arturur füturi.Öz hasilidin üzüb şümarə,Xətt çəkdi hesabi-karü barə.Oğlanlara ol niku şəmail,Dapşurdi riyasəti-qəbail.Dövran olara yetürdi növbət,Ol xosrovə lazım oldu üzlət.Axır buraxub libasi-rövnəq,Dəryasına qətrə oldu mülhəq.Qə’t eyləyüb arzuyi-peyvənd,Peyvəndi götürdü azdən bənd.Can mürği çü gözlədi məqamın,Sındırdı qəfəs, buraxdı damın.Qurtuldu o qeydi-çar sudən,Dinləndi küdurəti-ədudən.Xoş sahibi-bargahi-təmkin,Həm dinə ola əlində, həm din.Asudə qıla ani kəmali,Rahət verə feyzi-layəzali.Dirlikdə ola cahan şəfiqi,Ölməkdə ola dua rəfiqi.Nəsb eylədi çün sipəhri-minu,Ol dür bədəlinə iki lö’lə.Çün fərq adi ol iki güzidə,Həmqədr olubən misali-didə.Bu ona müti, o muna münqad,Əhyayi-xərab olardin abad.Amadə qəmu hüzuri-zahir,Bağlandı qəmu qüsuri-zahir.

Liykən yox aradə meyvəyi-dil,Rəf’ oldu hüzuri-şiveyi-dil.Hazir qəmu nəqdi-ömri-məfqud,Yox ərsədə cinsi-nəsl mövcud.Yüz göstərə gər füturi-dövlət,Yox varisi-dəstgahi-şövkət.Novmid günü ola ümidi,Əbvabi-səadətin kilidi.Fərzənd ki, yaxşidür sifati,Həqqa olur atənin həyati.Oğul atadin qalur nişanə,Oğulsuzun itürür zəmanə.Ol iki hədiqeyi-rəyasət,Rə’na güli-rövzeyi-kiyasət.Çün görmədilər məali-məqsud,Öz gülbinidin nəhali-məqsud.Şur eylədi arzuyi-bülbül,Görmək o nəhali-nəsldin gül.Gülbün necə kim tikildi bağə,Mərhəm necə kim qoyuldu dağə.Nə bağdə gül camal buldu,Nə zəxmi-dil əndi-mal buldu.Dəryayə əgərçi düşdü baran,Saçıldı zəminə toxmi-ehsan.Bağlanmadı ol sədəfdə gövhər,Bər vermədi aldı danədin bər.Haris necə eylədi imarət,Səbz olmadı daneyi-ziraət.Ol sə’yidə çün güm oldu vayə,Möhtac olundular duayə.Hal əhlidin aldılar dualar.Ümmid ilə qıldılar ətalar.Açdılar üzə dəri-məbərrat,Pəhn eylədilər büsati-xeyrat.Axır, açulub dəri-icabət,İbrami-dua yetürdi hacət.Xətm eylədi arzu kitabın,Hər mahvəşin bir aftabın.

Qıldı o hərəmsəradə kamil.Təşrifi-süduri-nəslə qail.Yer dutdu sədəf içində gövhər,Fanusi-ümid olub münəvvər,Ol nüqteyi-abə kilki-təqdir,Qıldı rəqəmi-nişani-təsvir.Düzdü əməli mürəbbiyi-kanBu mə’dənə dürr, o kanə mərcan.Çün və’deyi-həml olundu axər.Vəqt oldu çıxa şükufədən bər,Doğdu biri hurü biri qılman,Yə’ni biri qız, birisi oğlan,Oğlan demə, ovci-qədr mahi,Qız söyləmə, hüsn padşahi.Oğlan demə, nuri-çeşmi-aləm,Qız söyləmə, xəstə canə mərhəmOğlan demə, mayeyi-səbahət,Qız söyləmə mülki-canə afət.Oğlan demə ol məlik nişanə,Qız söyləmə fitneyi-zəmanə.Oğlan demə müştəriyi-iqbal,Qız söyləmə Zöhreyi-nükufal.Göstərdi oğul hümam nəxli,Qız verdi rütəb hilal nəxli.Şükraniyə hər birin atasiBitməkdin o yüzdə müddəasi.Açdılar üzə zəxirə babın,Bəzl eylədilər pozub hesabın.Möhtaclərə verildi bəs gənc,Vəzzanə yetişdi vəznədin rənc.Əzbəs ki, xərabə oldu mə’mur,Güm eylədi nəqdi-əql gəncur.Sərf etdi ol iki incə ən’am,Güm eylədi fəqrü məskənət nam.Ol Zəhrəvü Müştəri nişanə,Basduqda qədəm bu xakdanə,Xatiləri safü üzləri pak,Məhzi-xirədü təmam idrak.

Əvvəl günü duydilər məali,Keyfiyyəti-hicr ilə vüsali.Bildilər olu ədimi-tə’sir,Təğyiri-qəzavü rə’yü tədbir.Çün damə ola əsir mahi,Nə sud ona iztirarü ahi?!Verdilər olar riza qəzayə,Xürsənd olub əmri-müqtəzayə.Dil açdı qılub ol iki novzad,Əfğan bədəlinə həmd bünyad.Rəf eylədilər duyub hesabi,Həm özidən, özgədən əzabi.Salduqdə olar zəminə sayə,Yerdən oları götürdü dayə.Əldən-ələ çün güli-bəhari,Gəzdürdilər eyləyüb nisari.Aldı ələ dayə tiği-nüsrət,Nə tiğ ki, cövhəri-məhəbbət.Rəh bağladı üqdədin şikafə,Ol iki rişəyə düzdü nafə.Su yerinə dökdülər gülabi,Yudular ol iki dürri-nabi.Pəs çulğayub onları hərirə,Lütf ilə yetirdülər sərirə.Dil pərdəsi oldu, sinə bəndi,Can tari o pərdənin kəməndi.Çün gəncdin oldu xanə abad,Vəqt oldu qoyulmaq anlara ad,Ad oğlana qoydu atə Vərqa,Gülşa qıza nam olundu ilqa.Şərt eylədi ol iki bəradər,Gər eyləsə ömr o lə’lü gövhər.Həm bəxt ola ol iki mükərrəm,Təzvic ilə bir-birinə məhrəm.Əvvəl gün olar bulub məzadi,Bir-birinin olundu namzadi.Çün dövrdin oldular düsalə,Ləb bağladi şirdin qəzalə.

Dayə olar ilə batdı gəncə,Ta pənceyi-sal uruldu pəncə.Əmma ol iki məhəbbət agah,Bir-birilə idi gahü bigah.Gün-gün ol ikiyə saqiyi-eşq,Sunardı şərabi-baqiyi-eşq.Şövq anlara eyləyüb ziyadə,Zövq oldu müzaəf ol aradə.Əksər o həsəb-nəsəb əmini,Ol kişvəri-hüsn nazənini.Gülşa evinə güzar edərdi,Nəzzareyi-ruyi-yar edərdi.Eylərdi təfərrüc ol səmənbu,Bifikri-rəqibü tə’ni-bədgu.Gəh qibləsinə durub namazə,Gəh razidə ol rəhi-niyazə,Bu həm ona mübtəlayi-ülfət,Bağlu o həvadə payi-ülfət.Gər görməsə ani eylər əfqan,Bir və’z ilə san vida edər can.Ta olmiyə ol şikəstə xatir,Canani idi yanındə hazir.Bu ona əsir, o muna məftun,Bu ona həzin, o muna məhzun.Gahi bu olub anın şikari,Ol gah olub munun fikari,Gəh rövzeyi-eşqə bu olur gül,Gah ol biri baği-şövqə bülbül.Bu tərz olara keçərdi əhval,Doqquz yaşa ta yetirdilər sal,Pəs ol güli-baği-cahü miknət,Meyl eylədi oğlun edə sünnət.Cəm’ etdi əazimü əali,Yığdurdu əfaximü əhali.Bir bəzm ki, etdi anda bünyad,Nə bəzm fəzayi-işrətabad.Əsbabi-ziyafətin rəğidi,Pür qıldı məsafəti-bəridi.

Qıldı ola ta ki, zinəti-xan,Cədyü həməlin büruci-büryan,Mey etdi zəmini asiman fam,Xur sağərü əncüm arədə cam.Nahidi-fələk düzüb sürudi,Qıldı özini o bəzmə udi.Qoydu o sürurdin zəmanə,Bin dağ nihadi-asimanə.Bir həftə bu rəsmə eyləyüb sur,Cəm-biqəmü əhli-bəzm məsrur.Payanə çü yetdi şüğli-mərğub,Təhsili-ülum olundu mətlub.Bir bürc o mədarə oldu tə’yin,Ta Müştərivü məh edə təmkin.Ol iki nigar içün mürəttəb,Bir eyşi-mücəddəd oldu məktəb.Məktəb demə gəl ki, ol dəbistan,Firdovs ona cəm’hürü qılman.Cəbrili-əmin olub ədibi,Ol iki pərirüxün rəqibi.Ol şüğlə dutub təriqi-tə’zim,Xur səfhəsin etdi lövhi-tə’lim.Məh onlarə rəhl edüb hilalın,Arturdu o rütbədə kəmalın.Alub ələ xameyi-muradi,Dərs onlara yazdı ustadi.Bir gündə oxudular ədati,Həm müfrədivü mürəkkəbati.Az gündə ol iki cövhəri-pak,Bu mə’dəni-əql, o kani-idrak,Kəsb eylədi bu mələk, o huri,Hər elmdən olduğu zəruri.Əxlaqü mə’anivü qiraət,Təfsirü hədisü fiqhü hey’ət,İnşavü məsahətü stürlab,Tarixü üsulü rəmlü ehsab.Hər birisidin düzüb təbiət,Nədür qərəz anladı həqiqət.

Gər zahiri ol iki yeganə,Ol şüğl olarə olub bəhanə,Məşğul o dərsü bəhsi-qalə,Məhbusi-küdurəti-məqalə.Liykən oları meyi-məhəbbət,Sərməst qılub şərabi-ülfət.Gün-gün olarə içürdi badə,Keyfiyyəti-şövq olub ziyadə,Dil bir-birinin qılub kəbabi,Yüz bir-birinin edüb kitabi,Guya ki, olan zəmanə məlhuz,Hər bir-birə idi lövhi-məhfuz.Həqqa ki, degil bu nüktə böhtan,İsbatına vardur əldə bürhan.Hər məs’əleyi-qəribü müşkil,Aciz ola həllə xatiri-dil.Bir-birə nəzər açanda rahi,Mə’lum olur anlara gümahi.Xoş mülk durur o mülki-mə’naBulmaz ona rahi-cəhl qət’a,Daniş olara yetirdü çün neyl,Adabi-cidalə qıldılar meyl,Ta anlayalar bulub fərasət,Qovğa günü zərbü rəddi-alət.Rəzmində silahi-cəngə Vərqa,Bir vəz’ ilə oldu karfərma,Bəhram görəndə atdı yayinTəhsin ilə dutdu özgə ayin.Çün ol iki seyidi-dəştyari,Bir-birinin oldular şikari.Ol bəhri-məhəbbət icrə Vərqa.Qılduqda səfinə qərqi-sevda.Su içrə susuzluğa giriftar,Yar istər əlində daməni-yar.Vəsl içrə həriqi-nari-hicran,Gülzardə paybəndi zindan.Rəncurə nə sud, əlində badə,Gər içsə olur ziyan ziyadə.

Həm xanəsi kam o, eyşə nakam,Hicranə əsirü vəslə bədnam.Həqqa ki, bu aşiqə cəfadur,Vəslət günü hicrəyin bəladur.Gülşa dəxi anda kamə məhrum,Ol bürcdə nəqdi-dürc məxtum.Səbr əldənü getdi, didədən xab,Ləb təşnə, əlində şərbəti-ab.Nuş eyləməgə həzar mane’,Xan hazirü xatir anda caye’.Bu vəz’ilə ol iki qəmərtaş,On ikiyə ta yetürdilər yaş.Səbr eylədilər çəküb qəramət,Ta yetmiyə anlara nədamət.Yox arədə gərçi kami-xatir.Səbr ilə güm oldu nami-xatir.Zinətdehi-bəzmi-çərxi-əxzər,Məşşateyi-çar cinsi-gövhər.Dün-gün oların düzüb kamalın,Arturdu məlahəti-camalın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri