Ah, kim firqət şərabi bağrımı qan eylədi,Dil pərişan, sinə büryan, didə giryan eylədi.Açmaz oldu qönçeyi-ümmidimi feyzi-səhər,Gərçi min gül bağara hər sübh xəndan eylədi.Bəxti varun, taleyi dun, rütbeyi-iqbali pəst,Görmədi bir mən kimi ta çərx dövran eylədi.Bavücud rəhmi yox, dün halımı gördü fələk,Üzə dürrün dağudub, saçın pərişan eylədi.

Eylədi gözdin nihan, öznü o mahi-xərgəhi,Eylə kim zülmətdə məva abi-heyvan eylədi.Saldı hər saət ona min üqdeyi-şəkli-həyat,Ey xoş ol kim hicr işin ölməklə asan eylədi.Mən vüsal istər olub, hicran mənə ruzi-qəza,Səddi-rahilə, Məsih, isbati-bürhan eylədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran