Söylərdi ki, ey güli-həqiqət,Vey hadiyi-Museyi-təriqət.Ey məş’əleyi-təriqi-irfan,Narın mənə nuri-ruyi-canan.Ey gövhəri-şəb, çiraği-aləm,Başında qəra ximari-matəm.

Bu səndə nə oddur, ey bəlakeş,Oldu nəfəsin təmami-atəş?Ey gecələr əncüməni firuzi,Degil mənə əsli-dağü suzi.Kimdəndür ola bu piçü tabın,İşgənceyi-atəşi-əzabın.Ey sufiyi-ərseyi-ğəramət,Həqqa ki, bu səndədür kəramət.Can qoyduğidin sifatın artır,Başın kəsilür, həyatın artır,Ey zülməti-leylə qürsi-məhtabMüstəğrəqi-bəhri-atəşü ab.Məndin dəxi olgilən xəbərdar,Nisbət sana məndə qəm füzun var.Sən bu oda gecələr giriftar,Mən ömr ilə nari-eşqəyəm yar.Sən atəşü şirədin müşəvvəş,Mən saxlamışam könüldə atəş.Bir od ki, çəkibdürür zəbanə,Bin suz salupdurur cəhanə.Andın saçulub gögə şərarə,Göydürdü yeri qalub sitarə.Hər nakəsü kəs sənin ənisin,Məhrəm qəmu razuna cəlisin.Mən cümlədin etmişəm kənarə,Məhrəm nə rəva xəyali-yarə?!Gördü o riyazi-qəm nəhali,Kim şəm’i əritdi infəali.Pərvanəni çəkdi ol miyanə,Dərd oxuna eyləyüb nişanə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq