Bu, Vərqayi-həzinin naməsidir canibi-yarə
Ünvani-kəlamə düzdü rövnəq,Yazdı ona nami-namiyi-həq.Ol şahi-səriri-mülki-həsti,Ol sahibi-cahi-bişdəsti,Danəndeyi-nəqşi-ruyi-əsrar,Xanəndeyi-xətti-lövhi-əfkar,Andandür olan nizami-aləm,Tərtibi-müzəlləlü mükərrəm.Çün həmd ilə naməsin müsəddərQıldı acub anda dürci-gövhər.Tiri-giləsin qoyub kəmanə,Cananını eyləyüb nişanə.Yazdı ona key mənim rəvanım,Viraneyi-təndə gənci-canım,Ey nameyi-bəxtimin səfasi,Tən məhcəsi, didə rövşənasi.Noldu səbəb eylədün cüdalıq,Nə baisi-qət’i-aşinalıq?!Əvvəl nə idi o gərmiyi-dil,Axır nədurur bu fikri-batil
Düşdü çü təbibə ehtiyacım,Gör başın üçün nədür əlacım?!Mən bilməz idim fəraq dərdinHicr odidə ehtiraq dərdinYaxdı məni atəşi-fəraqın,Yıxdı məni dərdi-iştiyaqınƏyyami-vüsalın eyləyüb bad,İşim dunü gün fəğanü fəryad.Zülfün kimi tirə ruzigarəm,Bərhəmzədə və’zi-karü barəm.Ağzın sifəti daraldı xuyim,Tə’n etdi zərirə rəngi-ruyim.Yadi-rüxün ilə əşki-gülnar,Cibü bəğəlimni qıldı gülzar.Bilməz bu həzinü zarü məhcur,Ol firqətinin qəmilə rəncur.Səndin bu qəziyyə imtəhandur,Ya məhz təvəhhümü gümandur.Ya vəsvəseyi-həsudi-bədbin,Bədxahlığından etdi təqlin.Kim keçə bu tərz ilə mədarın,Rəf’ ola vəfadə e’tibarın.Səndin əcəb, ey büti-yeganə,Neyrəngi-fəsaneyi-zəmanə.Ta kim yetə döndərə məzacın,Ola bu nəsihət ehtiyacın.Doldurma dəmağə bu xəyali,Öz fikridə rişteyi-məhali.Hərçənd olasan mənə giransər,Pünhan edübən o nəxlidin bər.De, səbrdin özgə nə ə’lacım?Kimi bula dönsə gər məzacım.Ol danəvü damü zülfü xalın,Peyvəstə səlasili-xəyalın,Qılmış məni şövq paybəndiEtmiş təni hicri-dil nəjəndi.Ta ömr olalı sənə əsirəm,Olsam nola şəh sənə fəqirəm.
Səndin dutuban rəhi-kənari,Dil bulsa əgər bir özgə yari,Düşsün yoluma həzar müşkil,Qəndili-məzarım olsun ol dil.Açam nəzər ər cüdayə, ey yar,Müjgan ola gözdə növgi-mismar.Ey laleyi-növbahari-ülfət,Vey qönçeyi-rövzeyi-məhəbbət,Eyb olmaz əgər qılam səvali,Ta vəsvəsədin yığam xəyali,Noldu o məhəbbətində lafın,Vəchi nədurur bu e’tigafın?!Ol vəsl günü içəndə badə,Verdin sənə eşqə min ziyadə.Xalidür o söz bu gün əsərdən,Ya yox xəbərim mənim xəbərdən.Gər dutmamış ülfətin giranə,Xani degilən ona nişanə?!Zahirdə əgər məvanein var,Dərdi-dilin eyləməkdən izhar.Dur salma məni bu bəd gümanə,Yaz namə gətürməgil bəhanə.Düz meyvə o nəxli-e’timadə,Ver hamili-səfheyi-vidadə.Ta hirzim ola hücumi-qəmdə,Tüğyani-məşəqqətü sitəmdə,Gər oldu isə məhəbbətin sir,Dəxi ona nə əlacü tədbir?!Yegrək məni eyləmək xəbərdar,Xeyrin ola necə olsun, ey yar.Sən dut o təriqü mən bu rahi,Hər biri-birə verə güvahi.Zahir ola bu ikidə gövhər,Bir rəsm ola hər birə müqərrər.Mən şükr ki, möhkəməm vəfadə,Hicranına qayiməm cəfadə.Qoyman əldən təriqi-yari,Badə vermən bu nəngü ari.
Bin suz ilə ol qəm aşinasi,Yazdı nə ki, var müddəasi.Çün mənzil kəsdi rəxşi-xamə,Təhriri yetişdi ixtitamə.Pəs dayəsini görüb nihani,Əsrarinə məhrəm etdi ani.Key anə, mənim gör iztirabım,Guş eylə sözüm verüb cəvabım.Yox məndə həmin fəraqi’-dildarSəndin sənə dəxi çox giləm var.Bir gəz dimədin nə hali-zarın,Nə baisi-iftiraqi-yarın?!Sən anmasan ər məni-figari,Bəs kimdən ümum təriqi-yari?!İstərsən əgər xəti-mə’afi,Təqsirinə qılgilən təlafi.Bu naməni al, apar o yerə,Anın xəbərin gətür bu zarə,Əmma sənə bir vəsiyyətim var,Kimsə gərək olmasın xəbərdar.Xoş ol ki, həyasi ola qalib,Azərm ilə kəsb elə mətalib.Əqli düzə payə dəstgahə,Rə’yi tökə danə mürği-cahə.Dayə eşidüb o macərani,Bildi nədür əsli-müddəani.Til açdı ki, ey gözüm çiraği,Can mayəsi, gönlümün fəraği.Qılmış qocalık məni pərişan,Vermiş mənə tab duki-dövran,Yox göz nuri görəm cəmalın,Can nəqşi durur rüxi-xəyalın.Qafil məni qıldı natəvanlıq,Çəng etdi qədimni sərgiranlıq.Rəglər bədənimdə sazi-tari,Yetdi mənə guşmali-xari,Gər yox xəbərim bu goftgudin,Qafil olam ər bu rəngü budin.
İncinmə ki, səndin oldu təqsir,Necə bilə rəmzi-qeyb mən pir.Hala məni eylədün xəbərdar,Duydum ki, nədir rümuzi-əsrar.Əvvəl gedübən görüm nigarın,Kim necə durur səninlə yarın.Gər anda bulam nişani-ülfət,Asandur o gün əlaci-külfət.Atəş buraxam o infisalə,Hicrani bədəl qılam vüsalə.Vər görməsəm onda dərdü suzi,Ol sabiqə lafdin rümuzi.Var anda dəxi əlacə rahim,Çoxdur bu rəvişdə dəstgahim.Qıldun məni çünki sirrə məhrəm,Dur çəkmə dəxi məşəqqətü qəm.Tez hasil edəm nədür muradın,Süst etmə bu qövlə e’tiqadın.Pəs naməni aldı ol köhən sal,Mürğinə anınla bağladı bal.Uçduqda yetişdi bürci-yarə,Kim anda idi o mahparə.Xali görüb ol evi nəzərdin,Qüfl açdı durub dəri-xəbərdin.Tapşurdi əmanəti-nihani,Şərh etdi sifarişi-zəbani.Peyğaminə eylə düzdü ahəng,Kim qıldı o sərvi-qamətin çəng.Ta açubəni görə kitabi,Min piç ona saldı iztirabi.Ta sayə sala ona hümayi,Öpüb başi üzrə qıldı cayi.Pəs saçdı açub o nik mənzər,Ol ənbəri-xüşgə gövhəri-tər.Nəqdi-dil edüb anın nisarın,Arturdi dəmadəm e’tibarın.Gördü yazılan kəlami-pakin,Oxudi hədisi-dərdnakin.
Duydu o hərifi-dərdi həmdəm,Cananəsini vəfadə möhkəm,Bildi nədür ol nükatə məzmun,Hər şikvəsi bin vəfayə mərhun.Yazmış gile gər o macərayə,Vardur həqi çəkdügi cəfayə.Likən bilməz ki, bu giriftar,Nə dəklü bəlavü dərdədür yar.Munda qəmi-hicrədür do çəndan.Zindani-bəla içində heyran.Zahir dəhrin bu macərasi,Hər kimsəyə bəllü öz cəfasi.Bildi yoqdur ötən cəfadən.Cananəsinə xəbər bəladən.Ərz etməkə vacib oldu halın,Keyfiyyəti-durivü məlalın.Aldı ələ zaği-bustani,Saldı yola tutiyi-bəyani.Az ləfzilə ol büti-vəfadar,Çox dərdini yarə qıldı izhar.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-verqayi-hezinin-namesidir-canibi-yare
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ver ona açub ləbi-iradət,Key tayiri-laneyi-şəhadət.
Ah, kim dövrani-kəcrov halımı zar eylədiAh, kim dövrani-kəcrov halımı zar eylədi,Dil pərişan, didə pürxun, sinə əfgar eylədi.
Bu, Vərqa duyduğudur nəyləmiş əğyar bidadiBafəndeyi-dəstgahi-əxbar,Surətgəri-gargahi-asar.
Bu, Vərqa qıldığıdur çərxə tə’nəKey çərx, nədür bu rəsmi-bidad,Fəryad işinə həzar fəryad.
Başqa şairlərin şeirləri · Eşq
Könül, bu gün ki, müyəssərdi vəsli-yar sənə,Təqafül etmə, baxar kəc bu ruzigar sənə.
Sevgidən danışan şeirlərimiSevgidən danışan şeirlərimiSiz əsla yazmayın mənim adıma.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Məktubun intizarındaMəhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,