Bu, Vərqanın durur rəzmində Mərrixə mülaqati
Döndü ləb açub o mərdi-meydan,Bəhramə ki, ey şücai-dövran.Ey gürdi-xüsuməti-məarik,Sahib dili-məsləki-məhalik.İqbal çü oldu həmnişəstin,Xur qıldı özüni zirdəstin.Hər qovmə olursə, talein yar,Lazım düşə xəsmə zilli-idbar,Eyb olmuya vergilən cəvabım,Nisbət sana yetdigi əzabımKimsən durasan rəhi-cidalə,Yol bağlıyasan rüxi-vüsalə.Tənha mənü düşmən oldu vafir,Min bə’d dutub xilafi-zahir.Bu şivədə ol müinü yarəm,Vergil ələ şəm’i-iqtidarəm.Gər gözləməsən təriqi-yari,Vər damə buraxmasan şikari,Səndin dilü didə ola bizar,Naçar qılam küdurət izhar.Gər istəməsəm batəm vəbalə,Səbrə səni eylərəm həvalə,Gün doğdigidin yox ola şanın,Adın qala, güm ola nişanın.Çün görmədi anda çareyi-kar,Bərcisə çevirdi ruyi-inkar.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-verqanin-durur-rezminde-merrixe-mulaqati
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Saqi, məni yıxdı zə’fi-halım,Qərq eylədi qülzümi-vəbalım.
Bu, gülşən xud təmaşagahi-bəzmi-suri-gülşadırƏsbabi-təhəmmüli-ərusi,Qılduqda hilalə paybusi,
Bu, vəsfin eşidüb Əmr ölmağı Gülşayədür aşiqSaqi, nə durur bu rəsmi-bidad,Çıqdı fələkə nəfiri-fəryad.
Bu, şəbxundə alub qayıtdığıdur Əmr GülşanıÇün Əmr eşitdi bu məqali,Ol şüğlidə bərhəm oldu hali.
Başqa şairlərin şeirləri
Ay ağalar ay qazılarGöy çadırda duran kimdi
Yarın barmağında üzük olaydımOnun əllərində kaş ki solaydım!
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı