Key Müştəriyi-mətai-təhsin,Məşşateyi-ruyi-bəzmi-amin.Salsan kimə dideyi-iradət,Hasil qıla mayeyi-səadət.

Gər tale ola gərih mənzər,Ainənə dursa ol bərabər,Kəsb edə cəmali-ruyi-ümmid,Qədr ilə ola ədili-xurşid,Hala ki, gedib səfayi-surət,Bəxtim yüzünü dutub küdurət.Məhrumi-nəzareyi-nigarəm,Məğlubi-fəraqü hicri-yarəm.Düz bir dəxi ruyi-taleimni,Rəf’ eylə vüsalə maneimni.Gər bitməsə dərgəhində kamım,Gər dolmasa lütfün ilə camım,Bir dəst ilə zud edəm əgər dir,Alatü təbəqçini sərazirƏsbabını dağıdam cəhanə,Bin dağ qoyam sana nişanə.Hicrin biləsən nədür rümuzi.Əksilmiyə ömrün ola suzi,Yetir özüni bizi məlul et,Bu iki sözün birin qəbul et.Gördü çü o mövridi-itabi,Dutmaz dili ta verə cəvabi.Keyvanə yetürdi iztirabın,Açdı ona şikvəsi kitabın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran