Eşitməgdür bu, Möhsün şahü Gülşa fövti-Vərqani
Olduqda təmam o şüğli-cansuz,Ol qövm dağıldı, qaldı Bəhruz.Qayıtdı gerü pəs ol vəfadar,Ta xosrovi eyləyə xəbərdar.Saldı özünü sərayi-xasə,Düşdükdə qəbuli-ixtisasə.
Ləb açdı ki, şah ola səlamət,Vərqayə yetişdi bu qəramət.Şahiddür əlimdə atü taci,Ta kim ola sidqimin rəvaci.Eşitdi muni çü ol güzidə,Bil eyni-cəhanə nuri-didə.İstərdi edə nihan o razi,Xali qıla sövtdin o sazi.Tişrə çıxuban nə gördü ol şah,Məmlu durur ol xəbərdən əfvah.Mümkün degil etmək ani pünhan.Qayıtdı hərimə gördü canan,Olmuş agah bu xəbərdən,Yandurmuş özünü ol şərərdən.Etmiş duruban siyəh libasın,Əhya qıluban rüsumi-yasın.Urmuş qəmu cins səbrə atəş,Atəş sifət ol aradə, sərkəş.Qılmış bitab, çak sinə,Açılmış üzə dəri-dəfinə.Ol çakdə sinəsi münayan,Çün zülmət içində abi-heyvan.Rəh açmış o çeşmeyi-həyatəQan qatmış o qənd ilə nəbatə.Yox, parə qılub o cibi-həsrətAçmış rüxi-xasə babi-cənnət.Xali olmuş gülabdən gül,Zahir ona zəxmi-çəngi-bülbül,Dökmüş, urmuş nəmək kababə,Seyl ilə kələf o mahtabə.Açmış başı, zülf edüb pərişanDökmüş gülə dəstə-dəstə reyhan.Əzbəs yüzə urmuş idi seyli,Nə yüz əli olmuş idi neyli.Qan mövcinə qərq olub gülüstan,Xali sünbüldən ona bustan.Saçmış kani-əqiqə səd cər.
Yolmuş müjəsin o laübali,Qalmış hinduyə kişi-xali.Etmiş duruban siyəh libasi,Əhya qıluban rüsumi-yasi.Başı açuqü saçı müşəvvəş,Almaz gözə kimsəni o məhvəş.Saat-saat gedər özündən,Yoxdur xəbəri özü sözündən.Gördü çü şəhi-xücəstə kirdar,Gülşayə olundu kari-düşvar,Olmaz mən’ ilə ol təsəlli,Əlhəqq mən’in degil məhəlli.Oldu ona yar ol əzadəQəmxarlıq etdi ol bəladə.Bir gün, iki gün bu rəsmə ol şah,Ol dərdkəş ilə oldu həmrah.Şəh anladı ol əzarəsidə,Heç növ ilə olmaz arəmidə.Fikr etdi aparsa ol figari,Görsətsə ona məzari-yari,Bir neçə gün etsə anda muyə,Təğyir verə bu rəngü buyə.Əmr eylədi ol şəhi-cəvanbəxt,Vərqa qəbirinə nəql edün təxt.Gedüb verəm anda aşü abin,Qəbrin düzübən yığam tərabin.Ol şüğl yetişdi ehtimamə,Pəs qıldı səla xəvasü amə.Atlandı şəhü tamam ləşkər,Həmrah olub əhli-şəhr əksər.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-esitmegdur-bu-mohsun-sahu-gulsa-fovti-verqani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Çün oldu bəhar aləmaray,Ruyi-çəmən oldu behcətəfzay.
Bu, xətmi-nüsxə bir mö’cizdür ol xətmi risalətdənSaqi, qanı badeyi-rəhiqin,Gündüz yarın, gecə rəfiqin.
Vəsiyyətdür bu fərzəndi-əzizəEy qüvvəti-püşt, meyveyi-dil,Sənsən çü nihali-ömrə hasil.
Bu, axir qövlə vermək şəh adilə zibü zinətdürTubilik, ey bəridi-məqsud,Saldun əlinə kilidi-məqsud.
Başqa şairlərin şeirləri
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu