Londonda səhər kollecə gələndə,Yağış-çiskin, qaranlıq,sıxardı ürəyimi.Səni səhər dərsdə görəndəTamam işıqlanardı vücudum.Kollecin qaranlıq dalanında,Sənin təbəssümün, şirin sözlərin,Qüvvət verərdi qərib ürəyimə.Xatirimə gələrdiTəbrizin qızları..Səni bənzədərdim,Azərbaycan gözəllərinə.Özün də bilmədən bircə təbəssümünləLondon dönərdi Təbrizə.Sən qaranlıq günləriminİşığı olmusan qürbətdə mənə.

20.11.2008, Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran