Çün gəldi özünə ol vəfadar,Bildi yoxdur əlaci-bimar.Möhkəm dutuşubdur ol şərərdən,Qurtulmağı yox durur zərərdən.

İbram ona yetirür qəramət,Fəryadə nəticədür məlamət,Yox əldə inani-ixtiyari,Etmiyə qəbul olan qərari,Hərçənd ki, yox idi rizasi,Lal eylədi şiveyi-həyasi.Tapşurdu özin verüb cəfayə,Ol ürzdə irzini xudayə.Fikr eylədi ol qəm aşinasi,Gər xaneyi-dərd kədxudasi.Gəldükdə bu rəmzə ola qafil,Olmuya rəhi-əlacə acil.Novmid olub eyləyə cüdalıq,Nisbət mənə ola bivəfalıq.Görməz dəxi göz anın cəmalın,Bulmaz dəxi can anın vüsalın.Hərçənd məhal ola ümidi,Kəsməz andan könül nəvidi.İstərdi birini ol cigərxar,Ol dərddin eyləyə xəbərdar.Saxliyə bu nəngü arın anın,Ərz eyləyə görsə yarın anın.Həmtaşlar içrə mundan əqdəm,Qılmışdı birin özünə həmdəm.Sərv aldı o sərvi-bustanın,Həmrazı idi bu dilsitanın.Agah idi cümleyi-cəfadən,Cangah idi ol çəkən bəladən.Ol həmqəmdən degildi xali,Bağlu idi birinə xəyali.Bilmişdi nə suzi-atəşi-eşq,Zahiri-batini müşəvvəşi-eşq.Təqribi-vida ilə o sərvi,Bu kəbkin ənisi ol təzərvi.Çağırdı ona o macərani,Dedi qəmu nolduğu cəfani.Pəs söylədi, ey qəmimdə qəmxar,Bu dərdimi eyləməkdən izhar.

Oldur qərəzim ki, gözlə yari,Qəmxarına eylə qəmgüsari,Fürsət mənə yox yığub xəyalım,Vərqayə yazam nə oldu halım?Gər görsən ani yetür dualər,Məndən ona ərz qıl sənalər.Pəs söylə ki, ey mənim rəvanım,Vey qibleyi-ruhü cismü canım.Bu şivə degildi ixtiyari,Döndərməmiş əm olan qərari.Yox gövhərə ixtiyari-bazar,Əmma ki, təsərrüfindədür kar.Sağınmagil, ey büti-şəkər ləb,Əlmasə təsərrüf edə məsqəb.Olmamış o zur zirdəsitiGər olsa qəbul edər şikəsti.Bu şüğlidə məndən ol nigarə,Bir faidə yox məgər nəzarə?Gər nuri-çirağə olsa qaneBu istəkdən ona nə mane?!Həm mən qalamü həm ol səlamət,Heç birə yetişməyə nədamət,Məğrur ola gər o şanü cahə,Olmiyə qənaəti nigahə,Alam ələ tünd qəmzə tiğin,Tökəm yerə xuni-bidiriğin.Gər əl uzadam deyə vüsaləYaxam ani atəşi-cəmalə.İşvəm oxu kim dilər bəhanə,Anı ona eylərəm nişanə.Ta ola ona dəlük-dəlük tənCan mürğin uçmağınə rövzən.Şanın buraxa görəndə şanım,Güm ola gər istəsə nişanım,Cahın caha qılam həvalə,Ol guşədə döndərəm hilalə.Zülfüm kimə eyləsə kəməndi,Necə açar ol kişi bu bəndi?!

Sunam ona vəqti-kamrani,Bir növ şərabi-həmzəbani.Yox ola şüuri, çarəsindən,Bəlkəm xəbəri nəzarəsindən.Bir növ’ ona füsun edəm saz,Həmraz sənə ola, nə ənbaz!Eylə alayım ələ rizasın,Xuni-dilin eyləyə qəzasın.Yadun dəvirəm, pozub məzacın,Bir ahilə cümlə təxtü tacın.Gəl ver güli, çəkmə gəl qəm, ey yar,Yetməz gülzarə dəsti-əğyar.Məhsulunu ver girüb bu bağə,Bu meyvə degil nəsib o zağə.Görsəm qalmaz əlimdə mayə,Asan düşmək rəhi-fənayə.Sənsiz mənəm, ey nikü şəmayil,Qucmaz qədimi məgər həmayil?!Məhrəm mənə sayeyi-qədimdür,Həmxabə türabi-mərqədimdür.Çoxlar istər əgər vüsalım,Leyk ayinədür görən cəmalım.Zülfüm əgər etsə meyli-bazi,Söylər duruban səbayə razi,Açmaz ləbimi məgər kitabım,Dutmaz əlimi məgər xəzabım?!Fikr etmə səni unutdu xatir,Gəl gör məni lafım ola zahir.Əğyar qurursa dami-hiylə,Zinhar uyma o qalü qilə.Bu dövrdə əxtəri-zəvalım,Saldı məni Şamə bozdu halım.Qılduqda vəsiyyət ol cigərxar,Bəs Sərvə dedi ki, ey vəfadar,Al bu üzügü dəxi nişanə,Ta rəf’ ola şiveyi-bəhanə.Var qazılı bu niginə adım.

Ol ad salur zəmirə yadım.Vərqa gəlir olsa bu diyarə,Anub məni düşsə ahü zarə,Ver gəl muni dərdü dil bəyan et,Əsrari-nihanımı əyan et.Gər gəlməsə, anmasa, o dilxah,Ol gün mənü hicrü naləvü ah.Əmr ilə çəküb bu dərdü suzi,Səbr eyləyəlüm bu idi ruzi.Pəs içdi durub vida’ camın,Bu şe’r xətm edüb kəlamın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri