Ay nazənin, ala gözün sürməsi,Qaşların tərzində yay nədən oldu?Aləmə xoş gələn nuru, şöləsi,Gözəllik köksünə pay nədən oldu?

Mən qəmli aşığam, sən mələkzada,Gözəllik səndədi həddən ziyada,Adəm ilə Həvva yoxkan dünyada,Aşuqi məşuqə tay nədən oldu?

Miskinli Vəliyəm cahü-cəlalım,Yolunda qurbandı dövlətim varım,Mənə bir xəbər ver, ay dərdin alım,Çeşmələr yox ikən çay nədən oldu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri