Zalım əcəl ataları ağladır,Əldən alır iftixarın aparır.Anaların sinəsini dağıdır,Zülm eləyir can-ciyərin aparır.

Olarmı dünyadan getməyən canı,Onu sarsıtmaya əcəl tufanı,Dünyanın alimi, kamil insanı,Ağlar qoyur, intizarın aparır.

Vəli, yaxşı düşün dövlətin, varın,Sonu kəsir qalır tam arzuların,Dünya mənim deyən süleymanların,Saya gəlməz milyonların aparır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət