Gəldi ağlamalı günü dünyanınQaldı yaşanası zamanı ağlar.Qaldı buxarlanan o göz yaşları,O bulud, bizdən çox səmanı ağlar.

Yaşamaq ləzzəti getdi ölkənin,Dilimdə qabarı bitdi “bəlkənin”.Zaman dənizində ümid yelkəninGeriyə qayıtmaq gümanı ağlar.

İlahi, nə günə qalıbdı gör Hun?!Yalan ayaq açıb yerisə, gorxun.Mavi göz yaşıdır dərədə Orhun,Təpədə Tanrının dumanı ağlar.

Batıdan Doğuya varıp gedən iz,Hansı zamanlara yetdi vədəniz?Və...dəniz, içimdə itən beş dənizGəmisi kəm olub, limanı ağlar.

Hələ yozmadığım bir yuxu qalır,Gözümdə bir Monqol qıpığı qalır.Alnımda bir Türkmən çapığı qalır,İçimdə bir Altay şamanı ağlar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar