Nə yaxşı ki vətən var yaddan çıxdığın yerdə
Gah daşdan, gah divardansüzülüb hərdən-hərdənGöz yaşına göz açan yanıq bəstələr də var.Acı xatirələrdən başı yastığa düşübÖlümünə baş qoyub yatan xəstələr də var.Bir otağın küncündəBağrı yanıq bir gündə başı kəsilən ömrünsu kimi lillənmədəPəncərə pərdəsində nəfəsin yelənmədə...Salam, Məmməd İsamayıl, salam yetim qardaşımYaman qarışdı başım. Bağışla harda öldün,Harda qaldın bilmədim.Hanı bizi ayıran talə-o əl, o qayçı,Candan can ayrılarmış, can kimdi, bədən kimdi?Harda bizi ayırdı qəfil yollar ayrıcı,Kimdi vətəndə qalan, qürbətə gedən kimdi?Tutmağa ümid yeri gəzmə-əl var, ətək yox,Nə irəli, nə geri- keçmiş var, gələcək yox.Bilirəm sevmədilər sevdiyin qızlar səniDağlanmış sinəsində tütəklər sızlar səni...İçində Nuh Nəbidən qalma beş-on xatirəÜç-beş yaralı misra, vəya söz qırıntısı,Kim ala, kim götürə?..Boynuna götürərmi görən bu suçu qürbət,Qürbət hara, sən hara qələmin ucu-qürbət...Mən qeyrətə sığındım, sənsə uzaq qürbətə..Gəlmədim səni dağadan dağa salan qədərin,kədərin arxasıncaÖlüm ayaq basınca...Kiriyirmi köksünün altında qış yarasıHələ işin harası,Alası, aparası qəzavü-qədər səni.Bir vaxt səni sevənlər saldı dərbədər səni.
Qürbət- hörümçək toru!Sığındığın dörd divar hər gün andırar goruİçində həsrət qoruQoruya bildiyincə vətən hissini qoru!Vətən- zaman içində yolunu azmış diyar,Talesiz taleyini şeytanlar yazmış diyarUzaq xatirəsiylə yaşamaq keçmişləri,Bu solaxay işlərin, solaxay gedişləri...Durumuyla zamanın gözlərindən yaş salan,
Vətən qürbət arası qədəri çaşbaş salan,Sən ey doğma vətənin ögey evladı, MəmmədAğzı yanmış dünyanın ağzının dadı Məmməd.Bilə-bilə hər şeyin həsrətdə itdiyiniBəs nədən tora düşdün?Hayandan qovdularsa fırlanıb ora düşdünNə sevər sevdiklərin, nə nifrət etdiklərin..İzini azdırmada ardınca getdiklərin..Dərd ortağın ölübmü, hanı suç ortaqları?Nə özünü özləyən bir gözəl tapılacaq,Nə sözünü gözləyən oxucu dodaqları..Aparan aparırısa, getməyən necə getməz,Nə arvad, nə uşaqlar, nə ananın məzarıQürbətdən keçməzsən-Gücün özünə yətməz..İt kimi etibarsız vaxtın zatı qırıqdı,Qürbət də qürbət deyil, bir dəli hayqırıqdı...Hər yalançı umudun zaman imiş bir udumAğ saqqalın, ağ saçın- zamana ehtiyacınZaman qoca bir kədər çəkə bildiyin qədərMisraların zamandan qoparılan parçalar,Könülləri parçalar.Harda qılınca gəldin, bir yana varamadın,Sözün dalınca gəldin, alıb aparamadın..Qurd kimi quduzlaşar dərd acıxdığı yerdə,Nə yaxşı ki vətən var yaddan çıxdığın yerdə.İçimizdə öldürüb biz sənə ağı dedikZaman yazın üzünə payızı həsrət çəkər.Çəkər, ilanı qurşun, şairi qürbət çəkər,Ölən duyğularına Məkkə torpağı dedik...Yetməzmi dərd çəkdiyin həyat tərəzisində,Nə gecəyə ilişdin, nə də sabaha çıxdın.Vətən –qürbət arası bu ölüm gəzisindəİki arada qalıb hayanda yoxa çıxdın?..İtik itiyi tapmaz, itirən boyun bükər,Dama-dama göl olar damlalı qətrələrdənEvladların don tikərSəndən onlara qalanyalan xatirələrdən...Yadı gör, yaxın dözər, burda baxım, görüm yox,Bu baxt, yığval mənimsə eyninə almaz səni.Mənim Tanrıdan qeyri sığınacaq yerim yox,Tanrı salmasa kimsə yadına salmaz səni...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-ne-yaxsi-ki-veten-var-yaddan-cixdigin-yerde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Yar bizim ilə yenə gör ki, ne al eylədi,Ta ki, yaşım qan ola, yanağın al eylədi.
Ey dil, həzar şükr, xəbər gəldi yardənEy dil, həzar şükr, xəbər gəldi yardən,Şükr et, qutardın axırı bu intizardən.
İndi"Ayn" "lam" içində, "sin" arasında,Yar mənə göndərdi bir cəviz indi.
GörmüşəmHəsrət ahu kimi gözüm intizar,Xab içində Mürtəzanı görmüşəm.