Gedərsən, məchula yol gedər gedən
Gedərsən, məchula yol gedər gedən,Qürbət, bir açılmaz sirdən başlıyar.Burnunun ucunu göynədən vətənYadından çıxdığı yerdən başlıyar.
Gedərsən, vətənin qalar vətəndə,İçinin içində köz vətən olar.Dərdinə, sərinə vətənsən sən də,Qürbətdə sənə də söz vətən olar.
Özü heç, sözünü unutma, vətən,Hələlik könlünün bir yerinə yaz:Onu sənin kimi atıb tərk edən,Səni onun kimi sevən tapılmaz...
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-gedersen-mechula-yol-geder-geden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hicran
Ey dil, gəl uyma bəsdi, məcazi məhəbbətə,Aldanma ol hüsndə olduqca ülfətə.
QəribAğlamaqdan gülməz imiş şad olub bir dəm qəribFikri-zikri olubanu dərd ilə ney dəm qərib
ÇəkərSevda sitəmindən cismim səd parə,Qəm ləşkəri bu hicrana mil çəkər.
ÇırpınmaBir günəşdir ucalıqlarda, yenilməz sevgi,Onun aləmdə vüsal bayramı, hicran yasıdır.