Orhun
Qoynunda yenidən doğulum Orhun,Özümü oduna qoy yaxım gəlim.Batım sularına, boğulum OrhunQurdanan qiyamətə qalmağım gəlib.
Hanı sahilində qurduğum saray?Zaman atlı bilmir, piyada bilmir.Bulaq çağlarına qayıtmır hər çay,Hər budaq kökünə qayıda bilmir.
Bu Tanrı dağları laldımı, Orhun,Bir ürək qızdırıb, bir sirr verən yox.Qisas qiyamətə qaldımı, Orhun,Daha sularına nəzir verən yox.
Əyilim önündə bir oğul kimi,Qoy hopsun canıma hər qara-qorxun.Amma icazə ver, gümüş pul kimiAtım ürəyimi suyuna, Orhun
Yoxsa sıyrılmısan, Orhunum oxdan,Ya günəş nurunda gümüş tiyəsən.Səni axtaırdım, mən səni çoxdanSən də gəlişimi duydun deyəsən.
Gəldim zamanları salıb ayaqdan,Babamın saldığı o yurd hardadı?Bozqırlar gözümə dəyir bayaqdan,Ruhumun sahibi bozqurd hardadı?
De, hardan almısan, Orhun, bu adı?Açır sirlərini Babur hələ də..Min ildi başına qalan Türk atıMonqol çöllərimndə çapır hələ də..
Demə bura hara, oğul, sən hara,Düşüb yaddaşımın izinə gəldim.Əsirdən əsirə üzü bahara,Tanrı dağlarının özünə gəldim.
Bu sirrin fərqinə vardıq hansımız,Özü olmayanın sözü yoxuymuş...Orhun yazıları alın yazımız,Demə, yazılana pozu yoxuymuş..
Kitabxana.az · https://kitabxana.az/works/memmed-ismayil-orhun
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Nə bədxudur gözəllər hər kimi gördükdə nişlər,Çəkərlər təyğ əbrudən nəzər əhlin qılışlər
Ölümlə üz-üzə durduğum anlarBilirəm Lalənin ürəyi mənsizBuludlu göy kimi tutqun olacaq.
TülküGəzərdik küh-səhra seyr edib, ey binəva tülkü,İrişdi sənə dövrandan kənə nagəh cəfa, tülkü.
Könül bir bülbüli-şeydadı, gül eşqində nalandırKönül bir bülbüli-şeydadı, gül eşqində nalandır,Gözüm əbri-bəla tək qamətin hicrində giryandır.