Sədaqətlə yaxşı saxla əlində,Hərgiz ələ düşməz həyata yaxşı.Yazginən qəlbinə, heç unutmaynan,Yay ata nəshətin həyata yaxşı.

Şairin adəti yaza gərəkdi,Katibin ziynəti yaza gərəkdi,Xalqın məhəbbəti yaza gərəkdi,Yazdı nüsrət verən həyata yaxşı.

Vəliyəm, sözlərim qala dünyada,Yazalar, yadigar qala dünyada,Yaranan ölməyə, qala dünyada,Tarixlər boyunca həyata yaxşı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri