Hansı canlı haqq işinə qarışdı?Səda gəldi: xəznə kandan azaldı.Nəydi haxdan gəldi dəryaya qərar?Yenə dedin dərgahından azaldı.

İnsan gəzən qeyrətidi, arıdı,Çiçək açdı şirə çəkən arıdı,Nəydi axı, hər işini arıdı?İllər keçdi qanı candan azaldı.

Vəli, sər əyildi, sirri nədəydi?İllər keçdi xatirinə nə dəydi?Dil dəhandan hərcayıya nə dəydi?Dedin azdı, dil-dəhandan az aldı!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri