Arı bal çəkməyə qonar çiçəyə,Bülbül gül ucundan bu dala bax-bax.Nar məmələr baş vuranda köynəyə,Az qalır canımı bud ala bax-bax.

Əzəl gündən bəxtim oldu zil qara,Uca dağda yolum düşdü zil qara,Tökülübdü gərdən üstə zil qara,Bulud kimi saçlar bu dala bax-bax.

Vəli ağlar nə yar gəldi, nə yazdı,Ürək dərdli, könül qəmli, nəyazdı.Yar al geyib nə payızdı, nə yazdı,Həsrətindən döndüm bu «dal»a bax-bax.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar