Elinən yaradır, elnən yaşadır,Eldi can-ciyəri, eli aşığın.Eli elnən gedir, elinən gəlir,Elinən gətirir əli aşığın.

Elinən qazanır, elinən yeyir,Elinən əyilir, elinən əyir,Elinən deyilir, elinən deyir,Elinən danışır dili aşığın.

Elinən saz alır, elinən çalır,Elnən yaşıllanır, elnən saralır,

Elinən yaşayır, elinən qalır,Elin el aşığı Vəli aşığın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən