Keçir
Bu dünya bir evdi, qapısı iki,Bu qapıdan girən tez ordan keçir.Elə bil körpüdü, ya da pəncərə,Yaranan, göz açan, hər baxan keçir.
Hər ata, hər ana, hər qardaş, bacı,Güclülər gücsüzdən alır xəracı,Şahlar gəlir-gedir, boş qalır tacı,Qalmır vəzir, vəkil, xan-xəban keçir.
Zalım ovçu haqsız qovur maralı,Ananı baladan salır aralı,Biri yasdı gedir, biri yaralı,
Hərə bir yol ilə cümlə can keçir.
Dünya meydanıdı bir böyük bazar,Bir yanda gül, çiçək, bir yanda yanar,Canlı-cinli, insi-cinsi hər nə var,Bir yandan yaranır, bir yandan keçir.
Miskinli Vəlidən olsanız halı,Düşünür qurğunu, cahü-cəlalı,Nadanı tez pozur dünyanın malı,Qanan bu dünyadan mehriban keçir.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-kecir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Ey ağalar, könlüm çapdı əylənməz,Sultanım, sərdarım, ağam gəlmədi.
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
Mərizi-eşqə əlac eyləməz təbib, ölməMərizi-eşqə əlac eyləməz təbib, ölmə!Bu dərdə carə edər visləti-həbib, ölmə!
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.