Zalım
Deyən, qarın şişir, yağlanır boyun,Qızır, qızışırsan yaman, a zalım.Əməlin qarşında oynasa oyun,Əlimdən çəkərsən aman, a zalım.
Malından yeyirsən, özün öyürsən,Ağzına gələni elə deyirsən,Pis söz danışırsan, qəlbə dəyirsən,Gözə sovurursan saman, a zalım.
El döymək istəsən tez döyülərsən,Əlli döyürsənsə, yüz döyülərsən,Əyri döyülərsən, düz döyülərsən,Könlünə gətirmə güman, a zalım.
Qudursan yeyəndə elin malını,Deyər, qırar qabırğanı, qolunu,İtirmə özünü, azma yolunu,Düşmə qaranlığa, dumana zalım.
Bilsən eldi, sənin bağın, baharın,Ürəyin, ciyərin, varlığın, varın,İşığın, iqbalın, gözün didarın,Kəm baxma ilqara, imana zalım.
Qanundan, qaydadan olmasan halı,Çəkərlər hesabı düz çıxmaz dalı,Döymə ağsaqqalı, olma havalı,Yaman, bil, rast gələr yamana zalım.
Gəl sən ol ağıllı, olmaynan dəli,Qəvvas dəryalarda axtarır ləli,
Kamil ovçu kimi Miskinli Vəli,Oxunu düz qoyur kamana zalım.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-zalim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Məşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Eşq camından içən kimsə huşyar olmazEşq camından içən kimsə huşyar olmaz,Nə bu dünyadə, qiyamətdə də bidar olmaz.
DağlarSalırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
Bir lövhəİştə səksən yaşında beli bükük bir qadınAylar, illər bilmədən qırmış qolun, qanadın.