Yerində
Bir arif mənimlə ülfət eylədi,Doğru sözü, düz ilqarı yerində.Gövhəri, cövhəri hər bir kəlmədə,Hörməti, şöhrəti, varı yerində.
Sözü danışmağa, cümlə qurmağa,Hər bir kəlməsinə ziynət vurmağa,İnsan cərgəsində başda durmağa,Yaxşı çatır ixtiyarı yerində.
Ariflər yanında pozulmur halı,Qəlbini aldatmır dünyanın malı,İnsanlığı, mərifəti, kamalı,El içində etibarı yerində.
İnsan elmi həqiqətdən ucalır,Çox qüdrətdən, şux niyyətdən ucalır,Hatəm kimi səxavətdən ucalır,Onun da var yadigarı yerində.
Miskinli Vəliyəm bir bağ salmadım,Bəsləyib, yetirib ilham almadım,Sözdən qala qurdum aciz qalmadım,Qəmdən hasar çəkdim barı yerində.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-yerinde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Nola, ey Leyli, məni-Məcnuni xürrəm qılğasan,Bəzmi-vəslin içrə mən məhrumi məhrəm qılğasan.
Çanaqçı mülkündən səfər elədikÇanaqçı mülkündən səfər elədik,Mənə qənim oldu yollar, ağlaram.
Mən ki bu qədər ağlaram aşkar-pünhanZənn eyləmə qorxutdu məni tək bir can.
AğlarGəldi ağlamalı günü dünyanınQaldı yaşanası zamanı ağlar.