Şair Cavadla deyişmə – I
Vəli
Bir bağçadan bir gül üzmə
Bir ixtiyar olmasa.
Əndəmindən ətir verən
Təzə nübar olmasa.
İnanmasa, sınanmasa,
Bir gözələ can demə,
Bir məhəbbət, bir mərifət
Bir etibar olmasa.
Cavad
Sən bir dağa seyrə çıxma
Fəsli-bahar olmasa.
Hər insana tez can demə
Düz etibar olmasa.
Müxənnəsə bel bağlama
İlqarından tez dönər.
Naşı sərraf qiymət bilməz
Əhli-xirdar olmasa.
Vəli
İstəyirəm bir söz deyəm
Diqqət versən sən mənə.
Sözə baxsan xeyrin olar,
Yol göstərim mən sənə.
Hər yetənə bel bağlama
Səni satar düşmənə.
Əsil insan, saf sədaqət,
Doğru ilqar olmasa.
Cavad
Arif olan naşı olmaz
Hax sözün ustadıdı.
Tarixləri yoxla dərin
Yaxşıların adıdı.
Nadürüstdə mürvət olmaz
Bil cəhənnəm odudu.
Düzlüyünən başa varmaz
Ər oğlu ər olmasa.
Vəli
Yaxşı eşit sən Vəlini
Aciz qalma arada.
Kamil sənət sahibi ol
Baş endirmə hər yada.
Ağır azar, acı ağrı
Yoxsulluqdu dünyada.
Varı-dövlət, yaxşı övlad
Yaxşı da yar olmasa.
Cavad
Yaxşı oğul atasının
Təmiz saxlar adını.
Halal şagird ta ölüncə
Unutmaz ustadını.
İnan Vəli, Cavad sevir
Haqqın min bir adını.
Qızıl güldən bülbül dönməz
Şöləsi xar olmasa.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-sair-cavadla-deyisme-i
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
گوش کن من هم بگویم آن چه یاران گفتهاند
Baş qoyub dərgahına pabusdən etdi mültəməsBaş qoyub dərgahına pabusdən etdi mültəməs,Bən gədayi gör ki, taci-səltənət qıldım həvəs.
Vidadidən gələn kağız məni fərxəndəhal etdiVidadidən gələn kağız məni fərxəndəhal etdi,Bu halı gördü qəm filhal məndən intiqal etdi.
Səadətnamə, 42نقل دارم از حجة الاسلامکه: «پدید آمد اندر این ایام