Dağlar
Ovçu olub oylağına,Gəzəydim hər yanı, dağlar.Çıxaydım Çoban dağına,Süzəydim dünyanı, dağlar.
Təzə yurda düşə mən də,Çadır qura göy çəməndə,Gülə-gülə yar gələndə,Kəsəydim qurbanı, dağlar.
Yağlı kabab, sərin bulaq,Beçə başlı, təzə qaymaq,Şən süfrədə görə qonaq,Hər neməti nanı, dağlar.
Könül doymur xoş diləkdən,
Göz götürmür daş tüləkdən,Örpək örtür tər çiçəkdən,Geyir yaşıl donu dağlar.
Keçi gəzir yanda əlik,Əlçin qaya, göy meşəlik,Saxlayacaq həmişəlik,Qoynunda aslanı dağlar.
Baxam təkələr səsinə,Meşədə cüyür dəsinə,Verəm ellər cümləsinə,Açam gövhər-kanı dağlar.
Ellərimə verdim vədə,Arzu etdim hər cümlədə,Çiçəklidə, Əyrəmçədə,Xoş ola dövranı, dağlar.
Get Kəpəzə, Göy gölə bax,Bir şeir yaz varaq-varaq,Yada salar alma yanaq,Arı kimi şanı, dağlar.
Qazax, Tovuz, Gəncə, Bərdə,Şirin canı düşən dərdə,Şəfa tapır Kəlbəcərdə,Həkimi, loğmanı dağlar.
Talış, Qusar, Quba, Xaçmaz,Laçın, Göyçə durar qaçmaz,Halay vurub səflər açmaz,Ağrıdı bir yanı dağlar.
Şah dağının köhnə qarı,Ətrafında çəmənzarı,Qatar-qatar buludları,Seyr edir səmanı, dağlar.
Yer üzündə qoca Qafqaz,Qatarından geri qalmaz,Qəm-qüssəni yada salmaz,Dünya Süleymanı dağlar.
Gəl qonaq qal Daşkəsəndə,Qoşqar dağı o gülşəndə.Gör nələr var o mədəndə,
Bil hesabı, sanı, dağlar.
Fərəhlənir gələn dağa,Heyran olur gül yarpağa,Cənnət deyir Xoşbulağa,Görən bu ünvanı, dağlar.
Murov, Murğuz, Qonur, Qoşqar,Çiçəkləndi güllü bahar,Ellərini diyar-diyar,Çağırır hər anı dağlar.
Həsən nənə, Həsən baba,Könül açan badi-səba,Qanlı, Qaltaq bizim oba,Səndən alır canı, dağlar.
Qala kəndin itməz adı,Yarımyaylaq xoş səfadı,Qarabulaq bax buradı,Doğma yurdum, tanı dağlar.
Dolanaydım meşələri,Gətirəydim xoş xəbəri,Otu, suyu, çiçəkləri,Dərdlərin dərmanı dağlar.
Ayna kimi Şəmkir çayı,Əks edir günəşi, ayı,Gözəlliyi, haqqı-sayı,Yazır min dastanı, dağlar.
Ətəyində bağça-bağa,Bax güneydə gül yarpağa,Ağ sürülər göy yaylağa,Çəkir çobanını, dağlar.
Qoyun, quzu, mal mələşir,Qoç döyüşür, at kişnəşir,Yağış gəldi haray-həşir,Qoparır tufanı, dağlar.
Hopop, doydaq, torağaylar,Könül açan haqqı-saylar,Coşur sellər, daşır çaylarHərdən edir qanı dağlar.
Göydə qartal qanad çalır,Şahinlərin çox ucalır,Laçınlara nəzər salır,Süzdürür tərlanı dağlar.
Maralların dağdan aşır,Gözəllik sənə yaraşır,Daşda kəklik qaqqıldaşır,Mat qoyur insanı, dağlar.
Gətir dəftəri, qələmi,Yazım o nazlı sənəmi,Dərir moruq, çiyələmi,Gəzir gülüstanı, dağlar.
Diqqət ver durna səsinə,Nazlı yarın qəmzəsinə,Dəstə-dəstə sinəsinə,Düzür al-əlvanı, dağlar.
Balabançı tutur dəmi,Aşıq çəkmir dərdi, qəmi,Şeyda bülbül gül əndamı,Sevir qız-oğlanı, dağlar.
İstəyirəm bir gül dərəm,Dostlara töhfə göndərəm,Leyli, Məcnun, Əsli, Kərəm,Şirin, Fərhad hanı, dağlar?
Miskin Abdal sözü qalır,Şair Vurğun çox ucalır,Ələsgəri yada salır,Çağırır İmanı dağlar.
Aşıq Hüseyn, Aşıq Alı,Deyir, yaxır hər cəlalı,Köksündə dövləti, malı,Başında dumanı dağlar.
Telli, Dilqəm olmur abad,Əhməd yara qurmur həyat,Xurda deyir şair Cavad,Unutmaram onu, dağlar.
Ədalətdən ilham alım,Mikayıla xoşdu halım,Aşıq Söynü yada salım,Şəmşiri, Qurbanı, dağlar.
Buludların haray salır,Nurun yeddi irəng çalır,Mənim təbim səndən alır,Bu ləli, mərcanı, dağlar.
Bir pozulmaz ordu səndə,Çox cəlallar qurdu səndə,Qoy bəzəsin yurdu səndə,Nəsillər məkanı dağlar.
Aşıq, sazı gətir dəmə,Səfa verir dinləyənə,Başdan-başa al qələmə,Cənnətdi nişanı dağlar.
Səf-səf olan mələkzada,Gözəllikdi bu dünyada,Vəlini də salar yada,Bu ellər məskanı dağlar.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-daglar-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Ey xətin muyu mənə mülkü-Süleymandan ləziz!Vey üzün nuru mənə mehri-dirəxşandan ləziz!
Cəfərqulu xanın vəfatı münasibətilə təziyənaməƏfsus, cəfakar zəmanənin gərdişinə ki,Gül kimi ürəklər onun əlində xar oldu.
Gülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcəGülər gül kimi bülbül guşeyi-gülzarə düşdükcə,Tökər göz yaşını gülzardan avarə düşdükcə.
ÖlkəmŞiş ucları buludlarla döyüşənDağlarında buzları var ölkəmin.