Yer üzündə gözəlliyi,Ağıllı insan verir.Düz düşünən, ölçən, biçən,Anlayan, qanan verir.Əmək sevən, ərinməyən,Zəhmət çəkən, tər tökən,Alim olan, iş bacaran,

Yazan, yaradan verir.

Düşüncəli kamil insan,Çox ziynət verir zərə.Dəryalarda, dənizlərdə,Nə var çəkir üzərə.Kainatı kəşf eyləyir,Qalxır uca göylərə.Elmi-hünər bizə xəbər,Ərşi-əladan verir.

Ey Miskinli Aşıq Vəli,Bu şövkətə, şana bax.Qüdrətə bax, qüvvətə bax,Meydana, cövlana bax.Yarışa bax, yürüşə bax,Elmə bax, insana bax.Həyata xoş səadəti,Güllü gülüstan verir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət