Ya Əli
«Bey» bismillah əzbərimdi«Xey» Xudadan, ya Əli.Ən ibtida gəldi nidaƏrş-əladan, ya Əli.Lövhi-qələm badi-əsərOldu dünya yox ikən.Bir Cəbrail qalxdı göyəTək dəryadan, ya Əli.
Həlli ə’la, mayi abkəZülmətdəndi pərdəsi.«Sey» sirridi səda gəldiCəbrail çəkdi bəsi.Həqiqəti biləmmədi
Tərsə düşdü kəlməsi.Alışdı, yandı şahpəriOldu fərman, ya Əli.
Hər cümlədə tə’rif edirQur’anda ayət səni.Cəm aləmdən, ənbiyadanYazır əsil zat səni.Həbib özü təşbeh qıldıBir ayrı büsat səni.Zahirində təvəllüdsənSirri-sübhan, ya Əli.
Yandı şahpər, endi suyaNələr gətdi yadına.Bir xoş kəlam, verdi salamYetirdi muradına.Hax-talanın özü dedi: İrəhmət ustadına.Hər tərəfdən səda gəldi «Əhsən, əhsən, ya Əli».
Əslim eymir, Miskin VəliVar, nihanda günahım.Hər ayədə, hər kəlmədəGöstəribsən irahım.Puli-sirat, hax divandaSən ol mənim pənahım.Vali sənsən, vəkil sənsənŞiri-yəzdan, ya Əli.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-ya-eli
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mən yox ikən bir qətrədən yaradan,Sən salma nəzərdən ayağ, ayağa.
Oyana dağlarQəmlər səhrasının səyyahı mənəm,Yar gələr köksünə oyan, a dağlar.
Miskin Vəlinin Canbağça səfəriUstadlar dastanı ustadnamə ilə başlıyallar. Biz də deyək bir olsun. Xəbisin, xainin yeri qəbir olsun.Naqabil qanmazı işə buyurma,
Gəlmədin(Miskinli Vəlinin Aşıq Şəmşirə məktubu)*Şəmşir qardaş, xeyli keçdi aradan,