Mənəm mən
Ruzi-əzəl gündən odlar içində,Yanan, cismi qalan yarı mənəm mən.Qəriblik qəhrindən payını alan,Ayrı düşən nazlı yarı mənəm mən.
Gecə-gündüz illər boyu ağlayan,Həmişə yas tutub qara bağlayan,Sinəsini çalın-çarpaz dağlayan,Qəlbində saxlayan narı mənəm mən.
Eldən cüda düşüb atılan daşı,Çaylara qarışan qanlı göz yaşı,Qəza kəməndində bəlalı başı,Üz döşəyən mərdə sarı mənəm mən.
Dost bağında qızıl güllər bitirən,Məhəbbəti mənzilinə yetirən,Şikarını göz önündən itirən,İtkin düşən bir tavarı mənəm mən.
Bəxti üz döndərib, illərlə yatan,Fələk öz əliylə daşını atan,Gəmisi qərq olub, dəryada batan,Əldən gedən küllü varı mənəm mən.
Miskinli Vəliyəm söylüyüm necə,Yanıb külə dönən, gəlməyən vecə,Baharı qış olan, gündüzü gecə,Zülmət keçən ruzigarı mənəm mən.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-menem-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Fələk və tale
وز زلف تو اندیشه ادراک بعید است
Talein yar olsa sənə hər zamanTalein yar olsa sənə hər zaman,Hər hünər qarşında diz çökər inan!
Pişvaqiədən: Çərx hirətdədir aya nə təmayüldə imişÇərx hirətdədir aya nə təmayüldə imiş,Meyli-xurşidi-fələk hansı şəmaildə imiş
Həmişə şam kimi sərfi-piçü tab oldumHəmişə şam kimi sərfi-piçü tab oldum,Zəmanə hər kimi yandırdı — mən kəbab oldum.