Söhbət aç dünyanın müşkülatından,Nədir məhəbbəti sözə bağlıdı?O nədir ki, mətləb alır yuxudan,O nədir görünmür gözə bağlıdı?

O nədir ki, atəş olur, od olur?O nədir axırı xoş murad olur?O nədir ki, iki nişan ad olur?Əyriyə bağlıdı, düzə bağlıdı.

Aşıq Vəli gəldi, getdi dünyadan,O nədir ki, gəzir, çıxmır aradan?Nədir götürdüymüz karvansaradan?Həm aşkardı, həm də bizə bağlıdı?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri