İblisin, ibnənin, fitnə-fəsadın,Kəsməz şər-böhtanı, nə zər afəti.Yamanları yaman dərdə tuş olsun,Gəlməsin qarşıya nəzər, afəti.

Sızıldadır cəsədimi yara hey,Təbib gərək neştər vura, yara hey,Kəsir səbrim, aman vermir yar, a hey,Sıxır ürəyimi nə zərafəti?

Ər meydanda kal dayanmaz, nə dana,Yaxşı düşün, bil qədrini nədana,Aşıq Vəli həqiqəti nə dana,İşlər, hökm versə, nəzər afəti.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri