Ustad, sən ki, söz deyirsən,Söz nədi, insan nədi?Adəmdən Xatəmədək,Gərdişi-dövran nədi?Min nəfər beş min nəfərə,Verdiyi fərman nədi?İyirmiylə başa vurur,Onu bir oğlan nədi?

Əlli min qoşunu var,İkidəndi səfləri.Bir sərkərdə əmr verir,Düzəldir o ləşkəri.Min nəfər yüz min nəfərə,Düzgün verir pərgəri.

Sözlərimi aydın eylə,Nişanbanişan nədi?

Aşıq Vəli yetik oldu,Sözün haqqı-sayına.Bir nəfər yüz nəfərə,Qail edir payına.İnsanlığın pərgəridir,Qaranlığa, ayına.Açammasan yerbəyerdən,Qalarsan heyran nədi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri