Bir işıqdı, bir qaranlıq, bir acı,Bir şirindi, bir insana dolanır.Bir qüdrətdi, bir mərifət, bir nəfis,Bir xeyirə, bir ziyana dolanır.

Bir qanmayan, bir yarımçıq, bir qanan,Bir doğrudu, bir əyridi, bir yalan,Bir satandı, bir satılan, bir alan,Bir yaxşıya, bir yamana dolanır.

Bir Vəlidi, bir qələmi, dəftəri,Bir taleyi, bir qismətli, qədəri,Bir alimdi, bir xanəsi, bir dəri,Bir həqiqət, bir əfsana dolanır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale