Necə deyim qəm yasından,Uşaq ağlar, ana getdi,Ayrı düşdü balasından,Yazıq yana-yana getdi.

Qafil yerdən tutdu xata,Kimsə yoxdu dada çata,Gözü yaşlı yazıq ata,Qaldı yana-yana getdi.

Vəli gördü ağır-ağır,Hər şənliyə qəmlər yağır,Ürək, ciyər, qarabağır,Oldu şana-şana getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri