Dağlar
Aşıqların gəlir keçir,Ələsgərin hanı, dağlar.Gedən düşür, düşən köçür,Bil hesabı-sanı dağlar.
Ellərinin var həvəsi,Köysündə yaylar cümləsi,Mehmanındı xublar dəsi,Mərdlərin meydanı dağlar.
Çıx yamaca bahar vaxtı,Sinən olmuş ellər taxtı,Nəşəsi qəlbimdən axdı,Könül mehribanı dağlar.
Abi-kövsərdi bulağın,Ləzzət verir bal, qaymağın,Gəzmək üçün hər oylağın,Cənnətdi nişanı dağlar.
Şahin quşun yuvasında,Şikar üçün davasında,Yapalağın yuvasında,Töküləcək qanı dağlar.
Sən görürsən gəlhagəli,Köysündən sökülən ləli,Dastan yazır Aşıq Vəli,Eşidib fərmanı dağlar.
22.03.1950
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-daglar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Yağış, yağış, yağış deyibdörd gözlə gözlədilər yağışı;
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
TəcnisDedim: gəl, dost, ikimiz həmdəm olalı,Ağı mən oxuyum, qarasan, qara,
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,