Gözəl, sənsən gözəllərin ülkəri,
Nədəndi tökülüb yana tellərin.
Açılmış qönçənin təzə novrağı,
Düşüb böylə bir nişana tellərin.

O gözəl zənburu şandan eyləyir,
Şeydaları o gülşandan eyləyir.
Görən aşıqları candan eyləyir,
Bağrını döndərir qana tellərin.

Mən Miskin Vəliyəm düşməm xiyala,
Sən ahu ceyransan gözlərin ala.
Bənövşə ətirli yanağı lala,
Ətir verir ol rizvana tellərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri