El içində yaxşı qıza, oğula,Yaxşı danış yaxşı bir söz atana,Mən aşığam atana,Xoş gəlibsən atana,Yaxşı övlad yetirdim,Atan oldu atana.Sağalmaz yaradı yaramaz övlad,Ölməz, itməz, sata bilməz atana.

Bağban olan əkər, biçər qazanar,Xain istər özgəsinə qaza nar.Mən aşığam qazanar,Qazan namus, qazan ar,Süfrə salan, dər açan,Səxa sevən qazanar.Ovçu olan vurar, tutar, qazanar,Görən, bilən əhsən deyər atana.

Miskinli Vəliyəm deyim başatan,Diqqət yetir, bax ayaqdan başatan,Mən aşığam başatan,Sür dövranın başatan,Eldə hörmət qazanmaz,Düz dolanmaz baş atan.Yaxşı yerdə məskən salsa başatanYaxşı övlad süzər, gəzər atana.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri