Alır silahını atırsan nəyə?Atdıran nədəndi, atan nədəndi?Yaxşı insanları həqiqi rəyəÇatdıran nədəndi, çatan nədəndi?

Hərdən ki, gedirsən, hərdən gəlirsən,Gəzir kəndi, el, şəhərdən gəlirsən,Seçirsən, alırsan zərdən, gəlirsən,Satdıran nədəndi, satan nədəndi?

Vəli nəzər etdi hər gedişinə,Xain xəyalına, kəc yerişinə,Sər qatırsan cəngə, cədəl işinə,Qatdıran nədəndi, qatan nədəndi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri