Bu çöllərin ziynətidi,Körpə quzu, bala ceyran.Nə ola ki, bir dayana,Dildən ərzim ala ceyran.

Getmə gözəllər sonasıUçar könlümün xanası,Dodaqları gül qönçəsi,Yanaqları bala ceyran.

Qaçma aşığın səsindən,Oxur eşqi-həvəsindən,Yayın ovçu gülləsindən,Hüsnünü daldala, ceyran.

Yay sürünü göy çəməndə,Gözlə, düşərsən kəməndə,Baş alıb hara gedəndə,Bax qabağa, dala, ceyran.

Vəliyəm görüm yüz ilə,Sürün durna tək düzülə,Heç insaf deyil üzülə,Qatarından qala ceyran.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri