Zülm eləyən zülümkarın,Üz tutduğu raha nifrət.Alışıb yanmasa nara,Yağdırılan aha nifrət.

Suyu səmtə axmayanda,Sözü doğru çıxmayanda,İşə düzgün baxmayanda,Yağdırallar şaha nifrət.

Vəli, özün öyənlərə,Mənəm-mənəm deyənlərə,Xalqı söküb, yeyənlərə,Bir daha, bir daha nifrət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri