Deyirəm
Dünyanın malına vermərəm səni,Kamala başımın tacı deyirəm.Elin qüdrətinə, gücüm, hünərim,Min dərdimin bir əlacı deyirəm.
İnsanlıq yolunu düşünən bir baş,Dostuma dost oldum, sirdaşa sirdaş,Uşağa can bala, böyüyə qardaş,Gəlin-qıza ana, bacı deyirəm.
Dünyamız şən olsun, edirəm dilək,Bəzənsin, bağlarda gül dərsin mələk,
Oğru, əyri, xain yüz qursa kələk,Tapmaz un ələyi, sacı deyirəm.
El gərək yaltağın daşını ata,Nadanı haylaya naxıra qata,Axmağa, sarsağa, fitnə-fəsada,Çöl vəhşisi, el oğracı deyirəm.
Mərdə, mərifətə qurbandı canım,Elmə, insanlığa qaynayır qanım,Yalançı mollaya, naşı tarzanım,Çalmaz zurnaçıya hacı deyirəm.
İblisi, ibnəni salaydım dərin,Qatilin, qəddarın kəsəydim sərin,Lotuya məzəli, yaxşıya şirin,Zalıma zəhərdən acı deyirəm.
Miskinli Vəliyəm söyləyim halın,Varlıdı, kasıbdı bilin əhvalın,Dəliyə dəyməyin, xəsisdən alın,Düşəndə doyurun acı deyirəm.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-deyirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Hikmət və nəsihət
Ey sevdiyim, məni astanəndənAyrı saldı sək sifətlü Qarabağ
ŞirinmişBunu yaxşı bilir arif olanlar,Qürbətdə yar sevmək nə şirin imiş.
Analar ağlarAnam,Sapunqaraya analar gəlib ağlar.
Pisləyirsən gözəli sən necə hər an, ey şeyxPisləyirsən gözəli sən necə hər an, ey şeyx?Bu necə əql, nə insaf, nə iman, ey şeyx?