Boğaz
Mən əlindən dad çəkirəm,Xasiyyətin yava boğaz.İstədiyin gecikəndə,Tez salırsan dava boğaz.Sən yeməyə çox qoçaqsan,Maşallah, mərhəba boğaz.Sünürsən küncə, bucağa,Soxulursan qaba boğaz.Bilirsənmi, dözəmmirəm?Bu haqqı-hesaba boğaz.
Gündə üç dəfə yeməyə,Eyləyibsən sən adəti.Səhər balla yağ da yesən,Günorta gəzirsən əti.Yeyirsən cücə pilovu,Deyirsən çaydı ləzzəti.Şux gözəl də istəyirsən,Sənə eyləsin xidməti.Küsürsən yağ üzlüyüylə,Qaynamasa tava boğaz.
Yağlı, üzlü olmayanda,Dolandırırsan gözünü.Qabağına şor gələndə,Tezcə çəkirsən özünü.Təam ləziz olmayanda,Tez döndərirsən üzünü.O dəyqə işə salırsan,Artıq, həm əskik sözünü.Söyürsən ata-anaya,Qalmır nənə, baba boğaz.
Sən yedin, sən qurtardın,Qapının malı qalmadı.Ağ sürünün ağ əmliyi,Yağı, motalı qalmadı.Ağ düyünün ağ pilovu,Arının balı qalmadı.Qaysafanın, qayqanağın,Qurtardı dalı qalmadı.İnanmasan and içərəm.Qurana, kitaba boğaz.
Fikir elə sən yeməmiş,Bir şey qaldımı dünyada?Yeyirdin çığırtmanı,Damağın gəlirdi dada.Olmayanda şükür elə,Kartofluya, şora, cada.Əgər şükür eləməsən,Qarayara, qəfil qada.Axtarginən həkimlərdə,Tapma dərman, dava boğaz.
Miskinli Aşıq Vəlini,Gətiribsən zara daha.Baxmasan halal, harama,Məni salarsan günaha.Yeyərsən özgə malını,Düşərsən qarğışa, aha.Sən nəfsinə qadağa ver,Qulluq eləmə tamaha.O səni salar dərinə,Olmaz təmiz hava boğaz.
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-bogaz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Getməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
Həcvi-Əbdürrəsul xanDünən İranın paytaxtındanAraq düşkünü, pərişan bir qoca gəldi;
BəriEy ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Miz arxasındaGündüzlər gəzirəm bizim şəhəri,Axşamlar qonuram öz budağıma.