Miz arxasında
Gündüzlər gəzirəm bizim şəhəri,Axşamlar qonuram öz budağıma.Axşamlar xəyalım gəzir hər yeriDünyanı sığdırıb dar otağıma.Masa arxasında mən söz ordumuÇəkirəm üstünə hər qaranlığın.Mən bütün dünyanı,Mən öz yurdumuMizimin üstündə görürəm aydın.Masa arxasında... əlimdə qələmGəzirəm dünyanı mən qarış-qarış,Mənim xəyalımın, deyirəm, bu dəmAyağı dəyməyən bir yer qalmamış.
Masa arxasında könlüm biqərar –Yolum neçə kənddən, şəhərdən düşür.Vyetnama yağan ağır bombalarElə bilirəm ki, evimə düşür.
Güclüyəm! - deməli, mən haqqam, deyə,Zülm haqq paltarı geyinir bu gün.Mənim misralarım dönür gülləyəEvini tutanda güclü gücsüzün.
Sinada yandırır gün göyü, yeri,Yenə də ərəbin Vətəni darda."Su" deyib yananda ərəb əsgəriMənim dodaqlarım çatlayır burda.
Masa arxasında öz ürəyimiMəşələ döndərib yandırıram mən;Dünyanın dərdləri mürəkkəb kimiAxır qələmimdən, axır sübhəcən.
Ürəyim ilhamla, sözlə dolandaHər sətrim könlümdən od alır mənim.Duyan bir ürəkdə tel qırılandaŞeirimin vəzni də qırılır mənim.Masa arxasında... torpağın, yerinİsti nəfəsiyəm, zərif ətriyəm.Mən havanın deyil, hadisələrin,Könül dünyasının barometriyəm.
Qoşuram ardınca xoş xəyalların,Yer mənim, göy mənim, asiman mənim.Qəlbimdən min qəlbə gedən yollarınƏvvəli başlanır masamdan mənim.
Elə ki, qalxıram masa dalındanXəyalım kiçilir, fikrim gərilmir.Bayaq otağıma sığışan cahanİndi öz-özünə sığışa bilmir.
Bayaq öz canıma, qanıma qıydım,Bilmirdim vaxt keçir, yatasıyam mən;Bayaq bir dünyanın vətəndaşıydım,İndi övladımın atasıyam mən.
Oxuyun könlümü şeirlərimdən,Könül gizlənməsin söz arxasında;Dünyanın ən gözəl adamıyam mənİlham aləmində, miz arxasında.
May, 1967
Kitabxana.az · https://kitabxana.az/works/bextiyar-vahabzade-miz-arxasinda
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hikmət kitabıdır sənin surətin.Onu sona qədər oxumaq çətin!
İşıq sürətiXəyalım yenə də öz səfərində,Onun söykək yeri dərdim, məlalım.
ÖmürY. Məmmədəliyevə ithaf*Deyirlər, çox ardır yüz il, əlli il,
Qara saçlar, ağ saçlarSaçlarıma dən düşür, dən düşür, yaman düşür,Hər baxanda anamın ürəyinə qan düşür.
Başqa şairlərin şeirləri
Əvvəla şərti-gözəllikdə kamal olmalıdır,Saniyən qaideyi-hüsnü camal olmalıdır.
Təcnis: Ey sülatin, nə xəşmlü baxırsanEy sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
Amandır toxunma qəlbimə qafilAmandır toxunma qəlbimə qafil,Yandırıb sinəmi söz asta-asta.