Müşküllər pənahı çatıb dadına,Düşmüşdüm ayaqdan ayağa, gəldin.Oda aşna oldun, şama pərvanaPiltə tək yandırdın a yağa, gəldin.

Haq buyurdu, həbib yazdı nə sində,Var əməlim qarşı gələr nə sində,Zəlil oldum nəsibimin nəsində,Sən özün qaldırdın ayağa, gəldin.

Aşıq Vəli, ey gül əkdin, dər yada.Bir ev tikdim, sonra düşdü dər yada.Qərq olmuşdum dənizlərdə, dəryada,Şölə verən günəş, ay ağa, gəldin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar