Bilməm qəsdi nədi canım almağa,Çalışır, can atır hər anı gözlər.Şikar keçməz, cığırından yayınar,Ovçu bərəsində hər anı gözlər.

Bəsləyir, yetirir bir ana səni,Dil istər hər zaman bir ana səni,Bir gün aparacaq bir ana səni,Məni də bu gözlər, hər anı gözlər.

Bu Leylidi, bu Məcnundu, bu dağı,

Eşq ucunnan sındı ömrün budağı,Bu Vəlidi, bu Səkinə, bu dağı,Sevən aşiq içər hər anı gözlər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq