Yarım yatmamışam qoca dünyada,Çalışıb, qazanıb qala qoymuşam.Sinəm aynasına uca dünyada,Qəmi, qəm üstündən qala qoymuşam.

Toplamışam, gətirmişəm odunu,Bu ələyi, o tavağı, odunu,Mən öləndə eşqin sönməz odunu,Gətir qəbrim üstə qala qoymuşam.

Miskinli Vəlinin yarı Səkinə,Yaram köz verəndə yarı Səkinə,Mənlə dedi, yazdı yarı Səkinə,Şeirdən pozulmaz qala qoymuşam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq