Aşıq odur həm sevilə, həm sevə,Elin səadətin ay edə «------------».Səyin, səliqəsin diyarbədiyar,

Göstərə xidmətin ay edə «------------»

Kimə deyim, kimə yazım bu sanı,Kimdi bilən, kimdi sayan bu sanı,Ayaq torpağından ala busanı,Əslin, həqiqətin ay edə «------------».

Miskinli Vəliyəm hər birisinə,Gələn gedir, qalmır hər biri sinə,Məhəbbət oduna hər bir isinə,Sevə sədaqətin ay edə «------------».

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən